Sumqayıtda "VAZ-2107" qadının həyatına son qoydu
23 Aprel 2011 11:25
Şəhər Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, "VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən piyada Ceyran Quliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma (263.2-ci) maddəsi ilə cinayət işi başlanıb.
Anar
Milli.Az