Bakıda narkotik satan və alan yaxalandı
23 Aprel 2011 11:01
Bakı şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi, narkotiklərlə mübarizə bölməsi və 16-cı polis bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Toğrul Əsədovdan 2 qramdan artıq nakotik vasitə olan heroin aşkar olunub.
Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni ona satan Anar Əzizov tululub. Onun da üzərindən 1 qamadan artıq heroin tapılıb. A.Əzizovun yaşadığı R.Axundov küçəsindəki mənzilindən isə 1 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Anar Məmmədov
Milli.Az