Kristina Agilera elə bir iş tutdu ki... - FOTO
25 Aprel 2011 21:26
Milli.Az xəbər portalı "Entertaiment"ə istinadən bildirir ki, məşhur ispandilli müğənni Kristina Agilyera deyəsən, Ledi Qaqa və Beyonsa meydan oxumaq qərarına gəlib.
Son vaxtlar dünya pop və latinos musiqisi müstəvisində bir qədər arxa plana düşən müğənni geriləməni aradan qaldırmaq, qalmaqallarla olsa da, populyarlığını saxlamağa çalışır.
"Ledi Qaqanın nə səsi var, nə görünüşü, nə gözəlliyi. Kütləvi informasiya vasitələrinin onu daim diqqət mərkəzində saxlamasının yeganə səbəbi Ledi Qaqanın sürəkli olaraq epataj etməsi, olmayan yerdə qalmaqallar yaratmasıdır. Belədirsə, mən niyə geri qalım ki?!" - Kristina Agilera deyib.
Qərbi Hollivudddakı "The Abbey"dəki ziyafətə qatılan Agilera dar şalvarda görünüb. Özü də "G-strinq" tipli şalvar o qədər dar olub ki, müğənni yeriyəndə az qalıb parçalansın.
Milli.Az









