Sərçə də "Twitter"də cikkildədi - VİDEO-FOTO

25 Aprel 2011 21:12
Milli.Az xəbər portalı "European"a istinadən bildirir ki, latviyalı jurnalist Voldemar Dudum "BirdsOnTwitter.com" saytının yaradıcısıdır.

Sayt çöl quşlarının "Twitter" mikrobloqinq şəbəkəsinə "mesaj" yollaması prinsipi üzərində qurulub.

Adi kompüter klaviaturasının klavişlərinə çörək və ya ət tikələri bərkidən Dudum həmin klaviaturanı kompüterə birləşdirib. Kompüter isə sutkaboyu "Twitter" şəbəkəsinə qoşulub.
Ət və ya çörək tikələrini dimdikləməyə gələn quşlar klaviaturanı da dimdikləyir, bu minvalla "Twitter"ə mesaj yollayırlar.

Quşlar gündə orta hesabla 150 mesaj "yazır"lar ki, onların arasında ən populyarları "lololol" və "WOWOW", yaxud da "aiaiai"dir.

Milli.Az