Sibel Canın 46 yaşı tamam olur - onun gerçək adı... - FOTO

1 Avqust 2016 21:42

Bu gün məşhur müğənni Sibel Canın 46 yaşı tamam olur.

Milli.Az atv.az-a istinadən bildirir ki, o, 1970-ci il avqustun 1-də  Türkiyənin Fatih vilayətində dünyaya gəlib.

Hər kəsin Sibel Can kimi tanıdığı müğənninin gerçək adı Sibel Cangüredir.

13 yaşından profesional səhnədə çıxış edən Sibel Can atası ilə birlikdə Türkiyədə və xaricdəki turlarda həm oriental rəqqasəlik, həm də solist kimi çıxış edib.

İlk albomlarında Orxan Gencebay ona böyük dəstək olub.

3 övlad anası olan Sibel Can həm də bir çox seriallarda və filmlərdə də  rol alıb.

Milli.Az