Konfet kağızlarından qızına don toxudu - VİDEO-FOTO

25 Aprel 2011 20:15
Milli.Az xəbər portalı "USA Today"ə istinadən bildirir ki, ABŞ-ın Viskonsin ştatında yaşayan Tara Frey yayda "Son zəng"ə nə geyəcəyi barədə əsla düşünmür. Çünki anası Kerrin artıq 6 ildir ki, qızına qeyri-adi, hətta ekzotik don hazırlayır.

Kerrin altı il ərzinjə "Starbust" konfetlərinin kağızlarını toplayaraq onlardan qızına don toxuyub.
Don hələ tam başa çatmasa da, demək olar ki, hazır vəziyyətdədir.
Kerrin qızı üçün donla yanaşı, Taranın sevgilisi üçün jilet də hazırlayıb.

"Konfet kağızlarından don toxumaq asan deyil. Hər konfet kağızını səkkiz dəfə qatlamalı, sonra hörməliyəm. Buna rəğmən, qızım üçün kimsədə olmayan don hazırlamışam və işimə görə məmnunam", - Kerrin Frey deyib.

Milli.Az