Polyak gənc tablo ilə evlənir - FOTO
23 Aprel 2011 18:20
Milli.Az xəbər portalı "European"a istinadən bildirir ki, Polşanın Nova Huta şəhərinin sakini, 37 yaşlı Tomaş Urinoviç incəsənət aşiqidir. O, Antonio Mariya Kviekin çəkdiyi tablonu 2001-ci ildə görəndə əsərə aşiq olub.
Tablonu satın alandan bəri ötən 10 ili Tomaş əsərdə əks edilmiş qızın axtarışları ilə keçirib.
O, 1955-ci ildə çəkilmiş tablodakı qızı tapmaq üçün çox yerə yollanıb, çox adamla danışıb.
"Bu xanımı tapmaq, sadəcə oturub bir stəkan qəhvə içmək istəirdim. Onun həyatını dinləmək keçirdi könlümdən", - Urinoviç söyləyib.
Həmin qızı tapmayan Tomaş indi tablo ilə evlənməyə hazırlaşır.
"Nə edim, şəkildəki qıza valeh olmuşam. Tablo ilə nikahımı kəsəcək keşiş axtarıram", - Urinoviç söyləyib.
Tomaş Urinoviç dünyada ilk insan olacaq ki, əsərlə "ailə həyatı" qurur.
Milli.Az

