Bakı sakinindən kiloyarım narkotik çıxdı

23 Aprel 2011 10:38
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, bu, Bakı şəhər sakini Əbdülcəlil Cəlilovdur.

Yasamal rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində yaxalanan Əbdülcəlil Cəlilovdan 1 kiloqram 490 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb. Polis hazırda Ə.Cəlilovun narkotik maddəni haradan əldə etməsini araşdırır.

Anar
Milli.Az