Müftə içki üçün adını dəyişdi - FOTO
23 Aprel 2011 17:06
Milli.Az xəbər portalı "USA Today"a istinadən bildirir ki, 21 yaşlı amerikalı Den Qrey adını dəyişərək "Mountain Dew" olub.
Populyar içkini istehsal edən "PepsiCo" korporasiyası isə bunun müqabilində həmin gənci 6 ay müddətində pulsuz içki ilə təmin etməyə boyun olub.
Amerikalı gəncin dediyinə görə, həmin içkinin dadına ilk dəfə Britaniyada baxıb və bundan sonra sürəkli olaraq yeşiyi 655 dollardan həmin içkiləri ABŞ-a gətirtməyə başlayıb.
Daha sonra da o, adını dəyişərək sevimli içkisi "Mountain Dew"un adını daşımağa qərara verib.
"Valideynlərimlə sevgilim bu qərarımdan çox narazıdırlar. Amma mən özümü əla hiss edirəm", - Qrey deyib.
Milli.Az