Çin güllələrindən oyuncaqlar düzəldi - FOTO
24 Aprel 2011 09:29
Milli.Az xəbər portalı RAİ-yə istinadən bildirir ki, İtaliyanın Siena şəhərindəki oyuncaq dükanlarından birində AK-47 avtomatının patronlarından hazırlanmış oyuncaqlar satılır.
Maliyyə Polisinin həyata keçirdiyi əməliyyatlardan birində Florensiya şəhərindəki anbarda 2500 AK-47 patronu tapılıb. Çinlilərin icarəyə götürdükləri həmin anbardakı patronların Çindən gətirildiyi bildirilir.
Həmin patronlardan hazırlanmış oyuncaqlar 10 avrodan satılır.
Dükanda AK-47 avtomatının kiçik modeli, Çin hərbçilərinin kaskaları və papaqları da satılır.
Milli.Az


