Qırılıb tükənmiş xalqdan iki nəfər qalıb - VİDEO-FOTO

24 Aprel 2011 19:31
Milli.Az xəbər portalı "USA Today"a istinadən bildirir ki, Meksikadakı ayapenko dilində indi yalnız iki nəfər danışır. Bir vaxtlar yerli hindu tayfaları arasında ən çoxsaylı toplumlardan biri olan ayapenkolardan indi cəmi iki nəfər qalıb.

75 yaşlı Manuel Seqoviya ilə 69 yaşlı İsidro Velaskes Ayapa kəndində, bir-birlərindən 500 metr aralıda yaşayırlar.

Di gəl, bu adamlar arasında münaqişə var və onlar da illərdən biəri bir-birləriylə kəlmə də kəsmirlər. ABŞ-ın İndiana Universitetinin alimləri də ayapenko dilini tamamən məhv olmaqdan qorumaq üçün onlarla ayrı-ayrılıqda danışmaq məcburiyyətində qalıblar.

Alimlər bu adamları danışdırmağa davam edir, ayapenko dilinin lüğətini hazırlayırlar.

Milli.Az