Milli.Az xəbər portalı "The Sun"a istinadən bildirir ki, çoxsaylı mükafatlar sahibi dizayner və kulinar Mişel Vibovo Britaniya şahzadəsi Uilyamla nişanlısı Keyt Midlltonun toyları şərəfinə nəhəng tort hazırlayıb.
Tortun hazırlanmasında 120 yumurta, 20 kq itlər üçün yem, 30 kq un, 25 baş sarımsaq və balıq yağından istifadə olunub. Ağırlığı 68 kq olan tortun üzərində nəhəng it heykəli var.
Vibovonun üç həftə ərzində 11 saat sərf etdiyi tort Ginnesin Rekordlar Kitabına "İtlər üçün ən böyük tort" təki düşüb.
Londonda, Tauer qalasının yanında nümayiş etdirilmiş tort insanlarla yanaşı, köpəkləri də maraqlandırıb.