Yəməndə silahlılar 20 hərbçini qətlə yetiriblər

23 Aprel 2011 11:56
Milli.Az xəbər portalı APA-ya istinadən bildirir ki, Yəmən ordusunun 20 hərbçisi silahlılar tərəfindən qətlə yetirilib. Bu barədə ölkənin müdafiə nazirliyindən məlumat veriblər.

Məlumata görə, ölkənin şərqində "Əl-Kaidə" silahlıları Mareb şəhəri ətrafında pusqu quraraq hərbi patrula hücum ediblər. Nəticədə 11 hərbçi qətlə yetirilib.

Marebdən şimalda ordu və tayfalardan biri arasında döyüş baş verib. İki hərbçi həlak olub, ikisi isə yaralanıb, 30 hərbçi əsir düşüb.

Yəmənin cənubunda başqa bir tayfa ilə döyüşdə 6 hərbçi öldürülüb. Zincibar şəhərində naməlum şəxslər əsgəri güllələyiblər.

Milli.Az