Suriyada həlak olmuş nümayişçilərin sayı 100-ə yaxınlaşır
23 Aprel 2011 09:23
Milli.Az xəbər portalı APA-ya istinadən bildirir ki, Suriyada ötən həlak olmuş nümayişçilərin sayı 100-ə yaxınlaşır. Bu barədə ölkənin hüquq-müdafiə təşkilatlarından məlumat veriblər. Son olaraq Dəməşqdən şərqdəki Əzraa şəhərində 18 nümayişçinin həlak olduğu məlum olub. Bu şəhərdə daha 51 nümayişçi isə yaralanıb.
Suriya rəsmi media orqanları isə qarşıdurma nəticəsində 11 polis nəfərinin həlak olduğunu bildirirlər.
Milli.Az