2 aprel qanunsuz aksiyası ilə bağlı əməliyat müşavirəsi keçirilib
22 Aprel 2011 18:48
Bu gün, günün ikinci yarısında Daxili İşlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralovun iştirakı ilə Bakı şəhər Baş Polis İdarəsində özünü İctimai Palata adlandıran qurumun aprelin 2-də keçirdiyi qanunsuz aksiya ilə bağlı başlanmış cinayət işi üzrə geniş istintaq-əməliyat müşavirəsi keçirilib. Trend-in əldə etdiyi məlumata görə, 2 saatdan artıq davam edən müşavirədə həmin aksiyanın təşkilatçıları və fəal iştirakçılarının cinayət məsuliyyətinə cəlb edilməsi məsələləri ilə bağlı geniş müzakirələr aparılıb.
Milli.Az