Serenayın yeni serialdakı maaşı artırıldı

31 İyul 2016 10:07

Məşhur türk aktrisa Serenay Sarıkayanın yeni çəkiləcəyi serialda alacağı maaş artırılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 25 yaşlı aktrisa son oynadığı "Medcezir" serialında hər seriya üçün 30 min lirə (15 min manat - red) alırdı.

Rol alacağı yeni serialın adını hələlik kimi saxlayan Serenayın yeni serialdakı maaşı 50 min lirəyə (25 min manat - red) qaldırılıb.

Qeyd edək ki, gənc aktrisa sevgilisi Kərəm Bürsinlə çıxdığı tətildən 2 gün öncə qayıdaraq yeni mövsüm hazırlıqlarına başlayıb.

Milli.Az