Bir axşam faytondan... düşüb payıza... - FOTOSESSİYA
23 Aprel 2011 13:12
Milli.Az xəbər portalının məlumatına görə, müğənni Nazim yeni klipinin çəkilişlərini bitirib. "Gün keçdi" filmindən olan "Bir axşam taksidə" mahnısının sountriki hazırlanıb.
Müğənni həmin mahnıya klip çəkdirməyə qərar verib. Rejissor kimi də Azərbaycan klip bazarında çox məhşur olan klipmeyker Ülviyyə Könülə müraciət olunub. Klipdə Nazimin tərəf müqabili olmaq üçün Ukraynanın məşhur modeli sayılan Olqa Kiniçenko dəvət edilib. Nazim nə az, nə çox, Olqanın Bakıya gəlib klipdə çəkilməsi üçün modelə 3 min avro pul verib.
Lirik notlar üzərində hazırlanan bu mahnıya çəkilən klipin süjet xətti də nakam məhəbbətdən bəhs edir. Rejissor Ülviyyə Könülün fikrincə, klipə dəvət olunan model çox professional olduğu üçün klipin çəkilişləri uğurla bitib. Klipdə rejissor əməlli-başlı "yağış yağdırmağa" müvəffəq olub.
Nazim də tərəf-müqabilindən çox razıdır. Müğənninin sözlərinə görə, Olqa indiyə qədər də təkcə model kimi deyil, serial aktrisası kimi də fəaliyyət göstərdiyindən çəkiliş məkanında onunla çalışmaq heç də çətin olmayıb: "İstədim ki, klipdə fərqli bir sima görünsün. Bu gün Azərbaycan məkanında kliplərdə daha çox eyni üzlər görünür. Bu da tamaşaçını yorur. Ona görə də ukraynalı model-aktrisaya müraciət etməyə qərar verdim. Artıq çəkiliş bitdiyi üçün birmənalı şəkildə deyə bilərəm ki, Olqanı dəvət etdiyimiz üçün peşman deyiləm. Düşünürəm ki, klipi seyr edən tamaşaçı da istər onun aktyor ifasından, istərsə də ümumi klipdən razı qalacaq. Bu dəfə fərqli bir ampluada görünməyə çalışdım. Buna nə qədər nail olduğumu deyə bilmərəm. Yəqin ki, tamaşaçı seyr etdikdən sonra qiymət verəcək. Ülviyyə Könül də çəkiliş meydançasında bizə çox dəstək oldu. Rejissor kimi çəkiliş meydançasında kifayət qədər ciddi olan Ülviyyə Könül ona lazım olan səhnələri, kadrları əldə etmək üçün bizi əməlli-başlı, yaxşı mənada, yordu".
Tahirə
Milli.Az










Foto Milli.Az
Nazim faytonunu taksiyə dəyişir - FOTO