"Fəvvarələr Meydanı"ndakı gecə klubunda kütləvi dava: 2 yaralı var

22 Aprel 2011 15:49
Bakının Səbail rayonu ərazisində yerləşən gecə klublarından birində kütləvi dava düşüb. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, qanlı hadisə aprelin 21-nə keçən gecə Əbdülkərim Əlizadə küçəsində yerləşən "Simpaty" gecə klubunda baş verib.

Davada iki nəfər - Bakı şəhər sakinləri Denis YesaulovEmin Yusifov ağır bıçaq xəsarətləri alıb.
Cinayəti törtməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Pərviz Sərdarov, Konstantin Mikeladze Elvin Tanrıverdiyev tutulub.

Ətraflı məlumat veriləcək.

Anar Məmmədov
Milli.Az