Polis çılpaq heykəli geyindirməyi tələb etdi! - FOTO
6 Mart 2010 10:38
BBC-nin verdiyi xəbərə görə, buna səbəb qonşuların şikayətləri olub.
Eliza Qonzales qardan heykəli oğlu və qızı ilə birlikdə Rahuey şəhərindəki evinin qarşısında yaradıb. Adamların çoxu onun işini tərifləsələr də, bir polis zabiti deyib ki, qonşulardan biri heykəlin çılpaqlığına etiraz edib.
Elizaya ya heykəli dağıtmaq, ya da ona alt paltarı geyindirmək təklif edilib.
"Biz polisə baş qoşmaq istəmirdik, ona görə də ikinci yolu seçdik". Amma Eliza hesab edir ki, çimərlik paltarında Venera daha seksual görünür.
Milli.Az

--------------------------------------------------------------------------------
