Dağ çaylarında daşqın və sel olacağı ilə bağlı xəbərdarlıq edilib

22 Aprel 2011 15:17
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev cümə günü Trend-ə bildirib ki, Departament gursululuq dövrünün proqnozunu tərtib edərək əlaqədar qurumlara, rayon icra başçılarına göndərib.

"Respublikanın dağ çaylarında qısamüddətli daşqın və sel hadisələrinin baş verməsi gözlənilir. Böyük Qafqaz çaylarında, Balakən, Şəki, Oğuz, Qəbələ, Kiçik Qafqazın çaylarında daşqın və sel proqnozlaşdırılır. Ümumilikdə, dağ çaylarında - əsasən Böyük və Kiçik Qafqazın çaylarında sululuq normadan yuxarıdır", - Asif Verdiyev əlavə edib.

Baş hidroloq Kürün aşağı hissəsində vəziyyətin hələlik normal olduğunu deyib: "Kürün aşağı hissəsində suyun səviyyəsi ötən illə müqayisədə aşağıdır. Kürün yuxarı hissəsində suyun səviyyəsində dünən və bu gün artım qeydə alınıb. Bu gün suyun səviyyəsi 37 sm qalxıb. Artım Gürcütanda yağıntılı hava şəratinin davam etməsi ilə əlaqəlidir. Suyun səviyyəsində artım sabah, birigün də davam edəcək".

Milli.Az