Ombudsman: “Azyaşlı uşaqların icazəsiz mitinqə gətirilməsi yanlış addımdır”
22 Aprel 2011 14:01
"Azyaşlı uşaqların icazəsiz mitinqə gətirilməsi valideynlər tərəfindən atılan yanlış addımdır". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova bildirib. Ombudsman deyib ki, aksiyalarda böyük kütlə olarsa, uşağın ayaqlar altında qalması ehtimalı da var. "Buna görə ehtiyatlı olmaq lazımdır", - o, əlavə edib.
Elmira Süleymanova bildirib ki, beynəlxalq hüquqa və uşaq hüquqları konvensiyasına əsasən, hər bir şəxs uşaqların hüququnu müdafiə etməlidir: "Azərbaycanda əvvəllər valideynlər buna cavabdeh idilər. Referendumla Konstitusiyaya edilmiş dəyişikliyə əsasən, hazırda dövlət bu vəzifəni öz öhdəsinə götürüb".
Milli.Az