"Samsung" 147 dollarlıq yeni smartfonunu təqdim etdi

29 İyul 2016 21:40

Çində "Samsung Galaxy J2 Pro" smartfonunun təqdimat mərasimi keçirilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu smartfonun fərqləndirici xüsusiyyəti ekranı və kamera ətrafındakı işıq-diod optikasıdır.
 
Qiyməti cəmi 147 dollar olsa da, "Samsung Galaxy J2 Pro" 5 düym diaqonallı AMOLED-displey, 1,5 GHz tezlikli 4 nüvəli prosessor və 32 GB yaddaşla təchiz olunub. Smartfonun arxa kamerası 8, ön kamerası 5 meqapikseldir.
 
"Android 6.0 Marshmallow" əməliyyat sistemi ilə çalışan "Samsung Galaxy J2 Pro"nun arxa qapağında batareyanı doldurmaq zəruri olarkən müxtəlif rənglərlə xəbərdarlıq edən optika yerləşdirilib.

Milli.Az