Tbilisidə yol qəzası baş verib, 9 azərbaycanlı xəsarət alıb

22 Aprel 2011 13:34
APA-nın məlumatına görə, içərisində 9 azərbaycanlı sərnişin olan mikroavtobus ağaca çırpılıb. Qəza zamanı yaralanan soydaşlarımızdan iki nəfər xəstəxanaya çatdırılıb, onların vəziyyəti ağırdır. Digər xəsarət alan sərnişinlərə ilkin tibbi yardım göstərilib. Yol patrul xidmətinin versiyasına görə, hadisəyə sürücünün nəqliyyat vasitəsini sürətlə idarə etməsi səbəb olub.

Milli.Az