«Spartak» Lippi ilə danışıqlar aparır
22 Aprel 2011 18:19
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu günlərdə baş məşqçi Valeri Karpinlə yollarını ayırmış klub artıq italiyalı mütəxəssislə danışıqlara başlayıb.
63 yaşlı Lippi İtaliyadan kənarda çalışmaq istəyini çoxdan açıqlayıb. Lakin onun Rusiyaya yollanmaq ehtimalı o qədər də yüksək qiymətləndirilmir.
Milli.Az