“Bakı”nın sabiq futbolçusu intihara cəhd edib
22 Aprel 2011 13:21
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu həbsxanada ucadan güldüyü üçün 5 sutka karser cəzası alıb. Futbolçu karserdə özünə xəsarət yetirməyə cəhd edib.
Qeyd edək ki, Georgi Dedmetradze futbolçu karyerası ərzində ölkəmizin "Bakı" klubunda da çıxış edib. O, Rusiya, İspaniya, Hollandiya, Ukrayna və İsrail çempionatlarında da top qovub.
Georgi Demetradze qanunsuz totalizator fəaliyyəti ilə məşğul olduğu üçün və dələduzluq əməllərinə görə 6 il azadlıqdan məhrum edilib.
Milli.Az