Seks yaddaşı gücləndirir
22 Aprel 2011 17:39
Milli.Az xəbər portalının Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Hamubrq Universitetinin mütəxəssisləri sessiya zamanı intim həyatdan imtina etməyən tələbələrin imtahanlardan daha uğurla çıxdığını sübut edib. Əksinə, seksdən imtina edərək diqqəti yalnız kitab oxumağa yönəldənlər o qədər də uğur qazana bilməyiblər.
Alimlər əldə etdikləri nəticədən təəccüblənməyiblər. Məsələ ondadır ki, seks zamanı orqanizmdə əsəb sisteminin fəaliyyətini stimullaşdıran hormonların artdığı çoxdan məlumdur. Məhz bu amil oxunan materialın daha yaxşı yadda qalmasına kömək edir.
Milli.Az