Yaponiyada bərpa işlərinin ilk mərhələsi 48,5 milyard dollara başa gələcək

22 Aprel 2011 10:50
Milli.Az xəbər portalının "RBK"ya istinadən verdiyi məlumata görə, hökumət nümayəndələri bu məbləğin yalnız ilkin bərpa işlərinə kifayət edəcəyini bildirir. Söhbət sunaminin xarabaya çevirdiyi ərazilərdən zibilin yığılması və daşınmasından, yaşayış evləri, küçələr, limanlar və digər infrastrukturun bərpasından gedir. Hökumət bu məbləğdən kiçik və orta sahibkarlığın dirçəlməsinə də yardım etmək fikrindədir.

Milli.Az