Obama Liviyada pilotsuz təyyarələrdən istifadə olunmasına qərar verdi
22 Aprel 2011 09:52
Milli.Az xəbər portalının CNN-ə istinadən verdiyi məlumata görə, Pentaqon rəhbəri Robert Qeyts prezident Barak Obamanın bu ideyanı dəstəklədiyini açıqlayıb. Qeyts Liviyaya ABŞ-a məxsus pilotsuz təyyarələrin göndərilməsinin NATO-nun bu ölkədəki əməliyyatlarına ciddi töhvə verəcəyinə əmindir. Çünki daha aşağıdan uça bilən bu təyyarələr hədəflərə daha dəqiq zərbələr endirməyə imkan verir.
Milli.Az