Fransa polisi içki yasağına üsyan edir - FOTO
22 Aprel 2011 12:44
Milli.Az xəbər portalı "Le Monde"yə istinadən bildirir ki, Fransa Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Departamentinin (XTPD) əməkdaşları yeni qadağadan sinirləniblər. DİN-nin daxili təlimatına görə, xüsusi təyinatlı polislərə vəzifə səlahiyyətlərini yerinə yetirərkən və işdə olarkən spirtli içkilər içmək qadağan olunacaq.
XTPD-nin daxil olduğu Respublika Mühafizə İdarələri (Republican Security Companies, CRS) əməkdaşları 1968-ci ilin mayında, Fransada gənclər və tələbələrin ümummilli etiraz nümayişlərinin yatırılmasındakı sərtliyindən sonra tanınıb.
"Belə çıxır ki, işdə şərab da içə bilmərik?! Deyəsən, rəhbərlik bizi keşişlərə döndərmək istəyir, - polislər deyirlər.
Onların sözlərinə görə, qadağa ləğv edilməsə, etiraz tətilinə başlayacaqlar.
Xüsusi təyinatlı polislərin SGP-FO həmkarlar təşkilatının rəhbəri Didye Manyonun dediyinə görə, iş yerində azacıq şərab içməyi onlara kimsə yasaqlaya bilməz: "Bizim spirtli içkilərlə bağlı problemimiz yoxdur və aramızda da əyyaşlara rast gəlməmişəm. Belədirsə, iş zamanı azacıq şərab içmək niyə qanunsuz sayılmalıdır ki?!"
Milli.Az

