Azərbaycanda bu üç qadını axtarırlar - FOTO

28 İyul 2016 13:16

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi bu üç qadını axtarır. Onların üçü də insan alverində, qadınları fahişəliyə cəlb etməkdə suçlanırlar.

Milli.Az bildirir ki, həmin qadınlar Nərminə Cəfər qızı Alxazova, Səmayə Çölü qızı KərimovaElnarə Şakir qızı Alməmmədlidir.

Nərminə Alxazova 16.05.1964-cü ildə Zaqatala rayonunda anadan olub, Zaqatala rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2016-cı ildə axtarış elan edilib.

Səmayə Kərimova  28.10.1974-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2016-cı ildə axtarış elan edilib.

Elnarə Alməmmədli 14.01.1981-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2016-cı ildə axtarış elan edilib.

Milli.Az