Ledi Qaqa yenə yıxıldı - VİDEO-FOTO

22 Aprel 2011 13:40
Milli.Az xəbər portalı "Mail Online"a istinadən bildirir ki, dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Ledi Qaqa ABŞ-ın Atlanta şəhərindəki konsertdə yıxılıb.
Bu, ayın əvvəlindən bəri sənətçinin səhnədə ikinci dəfə yıxılmasıdır.

Atlantakı konsertdə "Poker Face" mahnısını ifa edərkən müğənni əynindəki gödəkçəsini çıxararaq yerə atıb. Lakin o, səhnə ilə irəliləyərkən ayağı gödəkçəyə ilişib və yıxılıb. Ledi Qaqa əsl peşəkar təki, heç nə olmamaış kimi ayağa durub və çıxışına davam edib.

25 yaşlı müğənninin dediyinə görə, hər sənətçinin həyatında belə hadisələr baş verir: "Belə məqamlarda əsas məsələ özümü itirməməyimdir. Ona görə yıxılan təki ayağa durdum və səhnədə rəqs edən xoreoqrafik qrupla çıxışa davam etdim".

Ledi Qaqa Hyuston şəhərindəki konsert zamanı yanan royaldan kətilin üstünə atılmaq istəyərkən də yıxılmışdı.

Milli.Az