Məşhur model və aktrisanı sevgi haralara apardı? - FOTO

22 Aprel 2011 17:13
Milli.Az xəbər portalı "Mail Online"a istinadən bildirir ki, tanınmış ingilis aktrisa, model və dizayner Elizabet Hörli sevgilisinə azarkeşlik etmək üçün Hindistana yollanıb.

45 yaşlı Ulduz 9 yaşlı oğlu Demienlə birlikdə həyatında ilk dəfə stadionda kriket matçını izləyib.
"Racastan Royals"-"Kings XI Punjab" matçında o, 41 yaşlı sevgilisi Şeyn Varnın oyununa baxıb.

"Həyatımda ilk dəfə kriket matçına stadionda baxdım. Təəssüratlarım əladır. Amma Şeynin komandası qalib gəlsəydi, özümü daha yaxşı hiss edərdim", - Hörli deyib.

Milli.Az