Yaponiyada yenə zəlzələ baş verib

22 Aprel 2011 00:19
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, zəlzələ paytaxt Tokioda hiss olunub, binaları tərpədib.
Zəlzələnin episentri Tokio yaxınlığındakı Honşunun şərqi sahilinə yaxındır.
Yaponiyada dəhşətli zəlzələ və sunamidən bir aydan artıq vaxt keçir.

Zəlzələnin təsirinə məruz qalmış insanların normal həyat şəraitinə qayıtması üçün uzun vaxt tələb olunur.
Zəlzələ nəticəsində ölənlərin sayının 28 minə çatacağı gözlənilir.

150 min adam çadırlarda yaşayır.

Milli.Az