Meşədə 1 ton kolbasa tapıldı
22 Aprel 2011 07:38
Milli.Az xəbər portalı "Ohtuleht"ə istinadən bildirir ki, Estoniyanın Sonda rayonundakı meşəlikdə çuxurun içində atılmış kolbasa tikələri tapılıb. İlkin hesablamalara görə, çuxurdakı salyami kolbasasının təqribi çəkisi 1 tona yaxındır.
Kolbasanın tapıldığı yerdə işləyən İndrek Ştrauxun dediyinə görə, çuxurdakı kolbasa o qədərdir ki, onu "bir ordu tülkü və sincab da yeyib qurtara bilməz".
Salyami kolbasasını meşəliyə kimin və nə üçün atıldığı bilinmir.
Milli.Az