"Nokia" özünə yeni "dost" tapdı
22 Aprel 2011 05:29
Milli.Az xəbər portalı "Reuters"ə istinadən bildirir ki, "Nokia" və "Microsoft" korporasiyaları əməkdaşlıq sazişi imzalayıblar. Anlaşmanın şərtlərinə görə, dünyanın ən böyük mobil telefon istehsalçılarından biri "Windows Phone" əməliyyat sistemi bazasında smartfonlar istehsal edəcək.
Bu müqavilə iki şirkət arasında 2011-ci ilin fevralında əldə edilmiş şifahi razılaşmaların davamıdır.
Anlaşmada bildirilir ki, "Windows Phone" platformasındakı smartfonlarda "Ovi" xəritələri və "Nokia"nın naviqasiya servisi peyda olacaq. Bundan başqa, Finlyandiya korporasiyasının mütəxəssisləri "Windows Phone" əməliyyat sistemində müxtəlif dillərin dəstəklənməsi və şəkillərlə iş sisteminin inkişaf etdirilməsində "Microsoft"a dəstək verəcəklər.
"Nokia" smartfonlarında isə "Bing" axtarış sistemi və "Microsoft"un digər servisləri olacaq.
Milli.Az