Aprelin 22-ə olan hava proqnozu

22 Aprel 2011 02:00
Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Fasilələrlə yağış yağacağı gözlənilir.
Bakıda gecə 5-7 dərəcə isti, gündüz 10-12 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 769 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 5-9 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 7-12 dərəcə isti təşkil edəcək, dağlarda gecə 1-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 12-17 dərəcə isti təşkil edəcək, dağlarda gecə 2-6 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq.

İfrat təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq: Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin aprelin 21-i axşamdan 22-si axşamadək daha da şiddətlənəcəyi, küləyin arabir maksimal sürətə çatacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz: aprelin 22-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda iqlim normasından aşağı temperatur və rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər. Sonrakı iki gün ərzində meteoroloji amillərin zəif və mülayim tərəddüdləri nisbətən əlverişlidir.

Milli.Az