Məktəb və küçələrdən Hüsnü Mübarəkin adı götürülür
21 Aprel 2011 18:47
Milli.Az xəbər portalının "Əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumata görə, sabiq prezidentin və xanımının adı meydanlardan, parklardan, kitabxanalardan və digər obyektlərdən də götürüləcək.
Qeyd edək ki, hazırda Misirdə Hüsnü Mübarəkin adını daşıyan yalnız orta məktəblərin sayı 500-dən artıqdır.
Həmin obyektlərə hakimiyyətin devrilməsilə nəticələnmiş inqilab zamanı həlak olmuş şəxslərin adlarının verilməsi gözlənilir.
Bundan başqa, Misirin küçələrində, ofislərdə və ictimai yerlərdə prezidentin portreti ölkənin bayrağı ilə əvəzlənəcək.
Milli.Az