Uzunömürlü nikahın sirri: qadın hər zaman haqlıdır!
21 Aprel 2011 22:36
Milli.Az xəbər portalının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, 95 yaşlı Lyu Fubenlə 100 yaşlı xanımı Şi Cihyu düz 85 ildir birgə yaşayırlar. Onların bu nailiyyəti "Ginnesin rekordlar kitabı"na düşüb.
Adları rekordsmenlərin sırasına düşdükdən sonra nikahın uzunömürlülüyü haqda danışan qoca ilə qarı bir-birlərini əvvəlkitək sevdiklərini bildiriblər. "Uzunmüddətli nikahın sirrinə gəlincə, mübahisədən qaçın və bir şeyi anlayın: qadın həmişə haqlıdır! Bəli, bu, belədir!", - deyə 100 yaşlı qarı bildirir.
Qeyd edək ki, Lyu ilə Şi evlənən zaman oğlanın 10, qızın isə 15 yaşı olub. Onların yaşadığı kənddə belə erkən yaşda evlənmək ənənədir. Qadının kişidən yaşlı olması da ənənələrdən biridir. Məqsəd onun ərinin qeydinə daya yaxşı qala bilməsidir.
Milli.Az