Futbolçulara ən çox maaş verən klub «Barselona»dır
21 Aprel 2011 21:19
Milli.Az xəbər portalının "ESPN"ə istinadən verdiyi məlumata görə, Kataloniya klubunun futbolçularının hər biri orta hesabla həftədə 152,13 min dollar əməkhaqqı alır.
İkinci pillədə "Real" gəlir. "Kral klubu" futbolçularının hərəsinə həftədə təxminən 141,5 min dollar ödəyir. "Çelsi"də bu rəqəm 115,8, "İnter"jə 115,3, "Mançester Siti"də 112,8 min dollardır.
Sonrakı yerləri "Bavariya" (111,2), "Milan" (108,6), "Mançester Yunayted" (98,2), "Liverpul" (95) və "Arsenal" (91,5) tutur.
Milli.Az