Kamran Ağayev Almaniya klubuna keçir
21 Aprel 2011 18:02
Azərbaycan millisinin və "Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayev Almaniyanın "Ayntraxt" klubunun maraq dairəsinə düşüb. Milli.Az xəbər portalının Qol.Az-a istinadən yaydığı məlumatına görə, bu haqda Almaniyanın "Frankfurter Neue Presse" nəşri məlumat yayıb.
Qəzet "Ayntraxt"ın qapıçı problemi ilə üzləşdiyini və bunu aradan qaldırmaq üçün Kamrana müraciət etdiyini yazıb.
Azərbaycan milisinin qapıçılarla işləyən məşqçisi Uli Ştayn bildirib ki, Kamran "Ayntraxt"a keçməyə yaxındır: "O, bundesliqanın ən yaxşı qapıçısı ola bilər".
Milli.Az