İranın Əhvaz şəhərində terror qruplaşmasının 8 üzvü həbs olunub
21 Aprel 2011 17:23
İranın Əhvaz şəhərində "Ərəb xalqı" adlı terror qruplaşmasının 8 üzvü həbs olunub. Onlar terror aktları həyata keçirməkdə ittiham olunurlar. Bu barədə Trend İran televiziyasının rəsmi saytı iribnews-a istinadən məlumat verir.
İranın Xuzistan şəhərinin polis rəisinin müavini bildirib ki, aprelin 15-də Əhvazın Məlaşiyyə rayonunda polis məntəqəsinə silahlı basqın olub. Həmin hadisə zamanı bir polis nəfəri ölüb, 2-si isə yaralanıb. O, həmçinin deyib ki, həmin hadisədə dinc sakinlərdən bir nəfər ölüb və bir nəfər yaralanıb.
Həbs edilmiş şəxslər həmin hadisəni törətməkdə ittiham olunurlar.
Milli.Az