BŞİH İslam Partiyasına mitinq keçirməyə icazə verməyib

21 Aprel 2011 16:55
Bu barədə Trend-ə Azərbaycan İslam Partiyasının sədri Hacı Elçin Manafov məlumat verib. Onun sözlərinə görə, BŞİH cümə günü partiyanın aksiya keçirməklə bağlı müraciətinə cavab verib.

Elçin Manafov qeyd edib ki, mayın 2-də partiyanın Baş Məclisi çağırılacaq və həmin məclisdə gələcəkdə atılacaq addımlarla bağlı qərar qəbul edəcək. "Bundan sonra atılacaq addımlar Baş Məclisin qərarına müvafiq olacaq", - o vurğulayıb.

AİP aprelin 24-də kütləvi aksiya keçirməyə yer ayrılması üçün BŞİH-ə müraciət etmişdi.

Milli.Az