Leylək yuvası 60 min evi işıqsız qoydu

21 Aprel 2011 20:58
Milli.Az xəbər portalı "Guardian"a istinadən bildirir ki, elektrotransformatorun üzərinə leylək yuvasının düşməsi Hollandiyada 60 min evi işıqsız qoydu.

İnsident Drente və Overseyl vilayətlərinin sərhədində baş verib. Yerli energetiklərin dediklərinə görə, leylək yuvasını elektrik altstansiyasının damında qurubmuş. Yuva qurulub başa çatmamış düşüb. Nəticədə qısa qapanma baş verib, transformator alışıb və elektroenerji təminatı dayanıb. Leyləyin özü yanıq yaraları alsa da, sağ qalıb.

Milli.Az