Arılar 90 yaşlı ər-arvadı öldürdü

21 Aprel 2011 19:08
Milli.Az xəbər portalının "The Daily Mail"ə istinadən verdiyi məlumata görə, 90 yaşlı Uilyam Stil və xanımı arıların evlərinin qarşısında qurduğu yuvanı dağıdıb. Bundan qəzəblənən arı dəstəsi qoca ilə qarıya hücum edib. Saysız-hesabsız arının sancdığı kişi yerindəcə keçinib. 92 yaşlı qarı Mirtl isə xəstəxanaya aparılsa da, səhərisi orada vəfat edib.
Arılar onların oğlu Riçarda da hücum edib. Amma o, maşina minərək aradan çıxa bilib və nəticədə xilas olub.

Milli.Az