Ukraynalı qadın 20-ci dəfə ana oldu
21 Aprel 2011 16:02
Milli.Az xəbər portalı "Molodoy Bukovinets"ə istinadən bildirir ki, Ukraynanın Çernovitsk vilayətində çoxuşaqlı ana Leonora Nameni növbəti övladını dünyaya gətirib. Bu körpə Qersaev rayonundakı Ostrisa kəndində yaşayan Nameninin 20-ci uşağıdır.
41 yaşlı Leonora və 45 yaşlı Yanoş Nameni 21 ildir ki, evlidirlər. Onların ailəsində 10 oğul və 10 qız böyüyür.
Ailənin böyük oğlu Yonatan 20 yaşındadır və evlidir. Nameni ailəsinin 6 övladı işləyir, 8 övlad məktəbə gedir, yerdə qalanları isə azyaşlılardır.
Ata Yanoşun 16 bacı-qardaşı, ana Leonoranın isə 8 bacısı və 3 qardaşı var.
Di gəl, Leonora Nameni hələ də "Qəhrəman ana" statusu almayıb.
Milli.Az