Dörd bacı-qardaş qəzaya düşdü, ölənlər və yaralananlar var

21 Aprel 2011 15:43
Lerik rayonu ərazisində ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, Xanagah kənd sakini Qulam Əmənov "Niva" markalı avtomaşını idarə edərkən aşırıb. Avtoqəza bu gün saat 06:00 radələrində Bulüdül kəndi ərazisində qeydə alınıb.
Nəticədə Q.Əmənov və bacısı Qönçə hadisə yerində ölüb. Avtomobildə olan qardaşı Arif və bacısı Elxanım isə xəstəxanaya yerləşdirilib.

Milli.Az