Sarkisyan müxalifətin əsas tələblərindən birinə əməl etdi
21 Aprel 2011 15:09
Milli.Az xəbər portalının "Azadlıq" radiosunun Ermənistan bürosuna istinadən verdiyi məlumata görə, bunu EMK-nin koordinatoru Levon Zurabyan bildirib.
"Bizim əsas tələblərimizdən biri 2008-ci il matın 1-də baş vermiş hadisələrlə bağlı ciddi araşdırılma aparılması idi. Bu tələbimizə əməl olundu", - deyə o, qeyd edib.
Qeyd edək ki, dünən Sarkisyan məhkəmə-hüquq sistemində islahatlarla bağlı toplantı keçirib. İclasda o, 1 mart hadisələrilə bağlı istintaqın gedişindən "yeni impuls gözlədiyini" bildirib. "Bu, dövlətimiz və cəmiyyətimiz üçün böyük əhəmiyyətə malikdir. Bu halda müxtəlif spekulyasiyaların qarşısı da alınacaq", - deyə Sarkisyan bildirib.
Milli.Az