Xoşbəxt ailələrin oxşar cəhətləri

26 İyul 2016 21:10

Xoşbəxt ailələr bir-birinin eynisi olmasa da, bir-birinə bənzər cəhətləri vardır. Bu dünyada 7 milyard insan yaşayır və onlardan çoxu bir-biri ilə ailə kimidir. Lakin bu cəmiyyətin bir neçə faizi həqiqətən bir-biri ilə ailə üzvüdürlər. Bu ailələrin bəzisi xoşbəxtdirlər və bir-birinin yanında şaddırlar. Lakin bəzi ailələr bir-birinə zahirdə dözür və səbir edirlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, xoşbəxt ailələrdə hər bir ailə üzvü çalışır ki, yemək süfrəsində bir yerdə olsunlar. Ona görə də bir qədər aclığa dözürlər ki, ailənin başqa fərdi həmin yemək süfrəsinə gəlib çatsın. Süfrə başında söhbət edir, dərdləşirlər. Ananın yeməklərini tərfiləyir və gün ərzində baş verənlərdən danışarlar. Ailənin gələcək proqramı haqqında söz açar və çətinliklərdən söhbət edərlər. Hər bir halda yeməkdə gözəl vaxt keçərərlər.
Halbuki, zahirdə xoşbəxt görünməyə çalışan ailələrdə hər kəs acan kimi yeməyin sorağına gedər və başqalarının gəlməsini gözləməz. Daha çox, evdən bayırda yemək yeyərlər. Əgər təsadüfən bir süfrədə toplaşsalar ya televizora baxarlar, ya da mobil telefonla söhbət edərlər. Bir yerdə olmağın ləzzətindən bəhrələnməzlər.
Xoşbəxt ailənin hər bir üzvü çalışar ki, o biri ailə üzvünün xüsusi dünyasına yol tapa bilsin. Lakin xoşbəxt olmayan ailələr başqa ailə üzvünün xüsusi həyatına qarşı laqeyddir.
Xoşbəxt ailələrdə hər bir ailə üzvü başqasına yaxşılıq etmək və onun gördüyü yaxşı əməllərə təşəkkür etmək istəyər. Lakin xoşbəxt olmayan ailələrdə hər kəs başqasını qınayar və deyər ki, "Məgər sən mənim üçün nə etmisən?".
Xoşbəxt ailələrdə hər kəs bir-birinə "baş üstə", "yaxşı", bacardığımı edəcəyəm" kimi sözlər işlədər. Lakin o biri ailələrdə hər kəsin bir-birinə cavabı "yox", "bilmirəm", "Mənim əlimdən heç nə gəlmir" kimi sözlər işlədərlər.
Xoşbəxt ailələrdə hər kəs bir-birinə hörmət edər və nəzərlərinə dəyər verərlər. Ailəmizin xoşbəxt olmasına çalışaq və biz də sözün əsl mənasında xoşbəxt olmağa səy göstərək.

Milli.Az