«Eurovision-2011»: San-Marino və Xorvatiya – VİDEO-FOTO
21 Aprel 2011 12:59
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, San-Marinonu yarışda təmsil edəcək Senit adlı ifaçı İtaliyada doğulub. Bu il 32 yaşını qeyd edəcək müğənni bir ara özünü teleaparıcı kimi də sınayıb. "Eurovision-2011"də o, ingilis dilində "Stand By" mahnısını ifa edəcək.
Xorvatiya təmsilçisi Dariya Kinzer 1989-cu ildə Almaniyada dünyaya gəlib. İndi o, Avstriyada yaşayır. 11 yaşından ifaçılıq edən Kinzer konservatoriya məzunudur. Kinzer "Eurovision-2011"ə "Celebrate" kompozisiyası ilə qatılacaq.