Azərbaycan neftinin qiyməti 127 dolları keçib

21 Aprel 2011 12:16
Dünya bazarında Azərbaycan nefti daha da bahalaşıb. Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsindən APA-ya verilən məlumata görə, aprelin 20-də London birjasında keçirilən hərraclarda "Azeri Light" markalı neftin qiyməti 2,22 (1,8%) dollar artaraq 127,41 dollara çatıb.

Milli.Az